"Azərpoçt"un baş direktoru işdən çıxıb

10:08 | 27.11.2017

"Azərpoçt"un baş direktoru işdən çıxıb

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov öz ərizəsi ilə işdən çıxıb.

Anews.az Trend-ə istinadən xəbər verir ki, Ü.Mansurov hələ 1 ay öncə işdən çıxması barədə ərizəsini təqdim edib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının İdarə heyəti sədrinin müavini, həmçinin "Texnikabank"ın İdarə heyətinin sədri vəzifələrində çalışmış Ü.Mansurov bu il martın 31-də "Azərpoçt" MMC-nin baş direktoru təyin edilmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti