"FMMM: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda dəyirmi masanın iştirakçıları ilə Rusiyanın Azərbaycan təşkilatlarının rəhbərləri və üzvləri tərəfindən Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlanıb.
"AzərRos” Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:
”Hörmətli İlham Heydər oğlu!
Müraciətimizin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə nəticələnə biləcək dramatik vəziyyətdir. Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının baş nazirinin sabiq müavini Abbas Abbasov və ondan maddi cəhətdən asılı olan tərəfdaşları Rusiya Federasiyasının "Milli-mədəni muxtariyyət haqqında" və "Xarici agentlər haqqında” qanunları kobud şəkildə pozaraq AzərRos FMMM ictimai təşkilatına basqın edib ələ keçirməyə çalışırlar.
Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq, tarixi Vətənimizlə bağlı bütün məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli adət-ənənələrinin, həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada AzərRos FMMM-nin rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı və Azərbaycan xalqını Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal təşkilatlardan biri olan AzərRos FMMM-ni ona etibar etdik.
AzərRos FMMM 1999-cu ildə Rusiyada təsis edilib. Fəaliyyət göstərdiyi illər ərzində sözügedən təşkilat Rusiyada Azərbaycan icmasını gücləndirə və vahid mərkəz ətrafında birləşdirə bilib. Lakin Abbas Abbasov verdiyi sözləri yerinə yetirməyib. Rusiya azərbaycanlılarını birləşdirilməsi və AzərRos FMMM ilə digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin gücləndirilməsi əvəzinə o, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A. Abbasov Rusiya azərbaycanlılarını Sizə etimadsızlıq göstərməyə çağırır. Onun bütün hərəkətləri Azərbaycanda yaşayan soydaşlarımızın AzərRos FMMM-yə və bizə, bu təşkilatın üzvlərinə, qarşı nifrət yaradırdı. Azərbaycan Respublikasının hakimiyyət orqanlarına müxalif qüvvə kimi Azərbaycanda yaşayan qohumlarımız və ictimaiyyətin münasibətini biz anlamama və təəssüf hissləri ilə qəbul edirik.
Yeni rəhbərliklə AzərRos FMMM üzvlərinin dialoq qurmaq cəhdləri A. Abbasovun mövqeyi üzündən heç bir nəticə verməyib. O, təşkilatda avtoritar idarəçilik sistemi yaradıb, rəhbərliyin mövqeyindən fərqli mövqe tutan hamını qovub və AzərRos FMMM-ni "cib” ictimai təşkilatına çevirib. 28 fevral 2014-cü il tarixində RF Ədliyyə Nazirliyini aldadaraq, A. Abbasov tərəfdaşları ilə birgə "kağız üzərində” AzərRos FMMM-nin qurultayını keçirib. Həmin qurultay zamanı bütün "xoşa gəlməyən” və "sözə baxmayan” regional təşkilatlar AzərRos FMMM-dən çıxarılıb. 2015-ci ilin əvvəlində tərkibində 40-dan çox təşkilatdan cəmi 4-ü (!) qalıb.
İctimai təşkilatımızın şəxsi maraqlar nöqteyi-nəzərindən özəlləşdirilməsinə və istifadə edilməsinə rahat baxa bilmirdik. Əvvəlki adını bərpa etmək, böhranı uğurla addımlamaq və AzərRos FMMM-ni qorumaq məqsədilə 17 yanvar 2015-ci il tarixində Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal Şura üzvləri və regional liderləri FMMM-nin Ümumrusiya növbədənkənar qurultayını keçirdilər. Qurultayda muxtariyyətin son iki il ərzində gördüyü işləri qeyri-qənaətbəxş sayıldı, nümayəndələr AzərRos FMMM-nin sabiq sədri Asif Məhərrəmova etimadsızlıq göstərdilər və A. Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın birləşməsi məqsədilə nümayəndələr tərəfindən bu ilin 6 mart tarixinə qədər qurultayın işində fasilə elan edildi. Lakin A. Abbasov Ümumrusiya azərbaycanlıları qurultayının qərarını saymaraq və Azərbaycan diasporunun bəzi nümayəndələrini aldadaraq, 20 fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə öz "qurultayını” keçirib. Azərbaycanlıları özündən ayırıb Dağıstan döyüşçüləri və polis arxasında gizlənərək, o, AzərRos Federal Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatlar nümayəndələrini "qurultaya” buraxmayıb. Öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı nifrətini bir daha təsdiq etdi.
Hörmətli İlham Heydər oğlu!
Regionda hər gün sürətlə dəyişən mürəkkəb geosiyasi vəziyyətdə, Rusiya və ətrafında olan postsovet ölkələrinə bir sıra Qərb ölkələri tərəfindən ciddi təzyiq göstərildiyi zaman biz, Rusiya azərbaycanlıları, millətlərarası sülh və dözümlüyü təmin etmək üçün çalışırıq. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yaşadıqları yerindən asılı olmayaraq Azərbaycanı bütün dünya azərbaycanlılarının Vətəni adlandırıb. 2011-ci ildə Dünya azərbaycanlılarının III qurultayında çıxış edərək Siz bütün azərbaycanlıları birlik, sülh və öz tarixi Vətəninin milli maraqlarının qorunmasına çağırdınız. Biz həmişə Heydər Əliyevin vəsiyyətinə riayət edirdik və edirik, Sizin bizə qarşı qayğınızı və diqqətinizi yüksək qiymətləndiririk. Təəssüf ki, A. Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı etimadsızlıq yaradır.
Rusiya Federasiyasının qanunlarını pozaraq Rusiya ictimai təşkilatını əlinə almağa çalışan və dağıdıcı hərəkətləri ilə Rusiyanın Azərbaycan icmasını parçalayan Azərbaycan Respublikasının vətəndaşı A. Abbasovla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirik.
Dərin hörmətlə,
Abdullayeva M.S., AzərRos FMMM-in üzvü
Abdullayeva E., AzərRos FMMM-in Gənclər birliyi
Abdurəşidov Ş. "Kontinent” MMC
Əvəzov Eldəniz, Moskva vil., Lenin r-nu üzrə MMM
Ağayev Q., Moskva vilayəti üzrə RMMM
Ağamirova L., AzərRos FMMM-in Gənclər birliyi
Əlcanova A., AzərRos FMMM-in Gənclər birliyi
Əliyev Q.M. AzərRos FMMM FŞ-ın üzvü
Allahveridyev T.,
Alıyev A., şair ƏİB "Şəhriyar”
Amanov E.A., RMMM Kaluqa vilayəti
Aslan M., "Kontinetnt” MMC
Əhmədov Q.M. AzərRos FMMM-in üzvü
Əhmədov T.N.
Babayev T.E.
Bəkirova Ş., AzərRos FMMM-in Gənclər birliyi
Hacıyev T.S. ., AzərRos FMMM-in üzvü
Qəmbərov R.A. MMM İvanovo şəhəri
Qarayev İlqar "Kontinent” MMC
Həsənov E.R.
Həsənova Z., AzərRos FMMM-in Gənclər birliyi
Qasımov A., şair ƏİB "Şəhriyar”
Quliyev V., AzərRos FMMM-in Gənclər birliyi
Qurbanov D.B.
Qurbanov S.M. MMMM Luberes r-nu Moskva vil-ti
Hüseynov A., tarix elmləri doktoru, professor
Hüseynov A.İ., RMMM Yaroslav vilayəti.
Hüseynov R.İ., Ulyanovsk şəhəri
Hüseynov F.A., "Kontinetnt” MMC
Gəncəliyev N., RMMM Astraxan vilayəti
Cavadov Ş.D. RMMM Kaluq avilayəti
Cəlalov Ş.D., "Kontinent” MMC
Cəfərli X., AzərRos FMMM-in Gənclər birliyi
Cəfərov Ş., RÜAK Fondu, Moskva şəhəri.
Dövlətov A. AzərRos FMMM-in Gənclər birliyi
Zeynalov A., AzərRos FMMM-in Gənclər birliyi
Zeynalov E.İ., AzərRos FMMM-in Gənclər birliyi
İsrafilov A. N.
Qəlbiyev U.İ.
Məhərrəmov Ə.Y.
Məmmədov A.İ. Krasnoyarsk şəhəri
Məmmədov A. A.
Məmmədov V., publisist ƏİB "Şəhriyar”
Məmmədov R., AzərRos FMMM-in Gənclər birliyi
Məmmədov S., şair ƏİB "Şəhriyar”
Məmmədov E.A.
Məmmədov S.A. MMMM İvanovo şəhəri
Məcidov Y., AzərRos FMMM-in Gənclər birliyi
Mehdiyev A., jurnalist
Mustafayev V.R., RMMM Rostov vilayəti
Rəhimov R.F.
Sadıxov S.K., AzərRos FMMM-in fəxri prezidenti
Səfərov A. S.
Səfərov İ., MMMM Moskva vil-nin Şelkov r-nu
Seyidov A.R. RMMM Surqut şəhəri (XMVD)
Surxayev Z.B., MMMM Mtişi r-nu, Moskva vil-ti
Tağıyev Ş., RÜAK Fondu, Moskva şəhəri.
Xanbabayev E., RÜAK Fondu, Moskva şəhəri.
Xıdırov Y.Y., AzərRos FMMM-in vitse-prezidenti
Şamilov V., AzərRos FMMM-in Gənclər birliyi
Şamilova İ., AzərRos FMMM-in Gənclər birliyi
Yaqubov A.N. MMMM İvanovo şəhəri.”
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !