Azərbaycanın tarixinə, ənənələrinə xüsusi həssaslıqla yanaşan şirkətlər qrupu ənənəsinə sadiq qalıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdan ilk 130 ailəni təbrik edən "Azərsun Holdinq” sovqat hədiyyə edib.
Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir.
Bunun nəticəsidir ki, noyabrda ölkəmizdə keçiriləcək dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !