Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri" Səhmdar Cəmiyyəti sədrinin radio üzrə müavini Cavanşir Cahangirov, eləcə də sədrin televiziya üzrə müavini Faiq Hüsiyev vəzifələrindən kənarlaşdırılıblar.
Bu barədə "Report"a "Azərbaycan Televiziya və Radio Verilişləri” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Sərəncamla AzTV, "Mədəniyyət" və "İdman Azərbaycan" televiziyalarının baş direktoru Elsevər Dünyamalıyev sədrin radio məsələləri üzrə müavini, Rəşad Nəsirov isə televiziya məsələləri üzrə müavini təyin olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !