"Arif Alışanov keçmiş kürəkəni Fəridlə gəlib torpaq alırdı, mən də makler kimi haqqımı alırdım. 2011-ci ildə Arif müəllim zəng edib dedi ki, Fəridin adına olan torpaqları öz arvadı Mehriban xanımın adına keçir”.
"Qafqazinfo” xəbər verir ki, bunu AzTV sədrinə sui-qəsd cəhdi ilə bağlı aparılan məhkəmə prosesində təqsirləndirilən Şücayət Əkbərov deyib. O bildirib ki, A.Alışanovu 2007-ci ildən tanıyır: "Fərid polisin nəzarəti altında gətirildi, onda bildim ki, Alışanovun qızından boşanır. Alışanov istəmirdi ki, torpağı onun aldığı bilinsin. Çünki çox vaxt maşından da düşmürdü, alqı-satqıda da iştirak etmirdi. Torpaqları da başqa şəxslərin adına alırdı.
2011-ci ildə artıq Alışanovun Şamaxıda 120 hektar yeri var idi. Keçmiş nazir Fərhad Əliyev də Karlar kəndində torpaq almışdı. Mən təkcə Arif Alışanovla işləməmişəm. Arif Alişanov Eldar Mahmudovun 1 nömrəli adamı olub, yaxın dost idi. Sonra MTN işi vaxtı o kimlərinsə vasitəsilə sıvışıb çıxdı”.
S. Əkbərov deyib ki, Arif Alışanov torpaq almağa gəzdiyi qara bir qızla gəlirmiş. O, hətta AzTV sədrini 2016-cı ildə həmin qızı öldürməkdə ittiham edib.
S. Əkbərov deyib ki, o heç vaxt Arif Alışanovu öldürmək istəməyib: "Niyə öldürüm ki? Adımda torpağı yoxdur, filan. Onun bütün torpaqları sürücüsü Hacının adınadır. Bütün bu işləri də o mənim başıma açıb. Mənim bildiyim qədər Arifin 70 milyon əmlakı var. Tutulan nazirlər kimi bir gün onun da əmlakları üzə çıxacaq. Onda siz də hər şeyi biləcəksiz. Onu öldürmək istəyənlər elə adına əmlak aldığı şəxslərdir.
"Space"in yanındakı notariusda Hacının adından Arifə 50-yə yaxın etibarnamə verilib. Deyirdi birdən Hacı ölər, qoy problem olmasın. Arif heç qardaşının, arvadının adına torpaq almırdı. Mənim və ailə üzvlərimin adına heç nə almayıb. Mənim üçün yaxşıdır ki, torpaq alırdı, mən də qazanırdım. Onu öldürməklə nə qazanacaqdım? Mən icra başçısı Alı Qocayev üçün də torpaqlar alırdım. Təkcə Arif üçün işləmirdim ki...”
O, həmçinin bildirib ki, A. Alışanovun Xızıdakı evinin həyəti 3 hektardır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !