AzTV və İTV-nin yayımı dayandırılır

12:14 | 29.08.2014
AzTV və İTV-nin yayımı dayandırılır

AzTV və İTV-nin yayımı dayandırılır

Göyçay və ətraf rayonlarda Azərbaycan Dövlət Televiziyasını (AzTV) və İctimai Televiziyanı (İTV) yalnız peyk yayımı vasitəsi ilə izləmək mümkündür. Lent.az-ın məlumatına görə, gecə saat 1-dən sonra adıçəkilən kanalların adi ötürücülər vasitəsi ilə yayımı dayanır. Əldə etdiyimiz məlumata görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov göstəriş verib. Qeyd edək ki, AzTV və İTV-dən fərqli özəl kanallar 24 saat ərzində adıçəkilən bölgədə maneəsiz yayımlanırlar.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyindən faktı təsdiq ediblər. Qurumdan Lent.az-a bildiriblər ki, bu, rəqəmsal yayıma keçidlə bağlıdır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür