Bahar Rüstəmli Bakı polisinə çağırıldı

15:18 | 06.03.2018
Bahar Rüstəmli Bakı polisinə çağırıldı

Bahar Rüstəmli Bakı polisinə çağırıldı

Tanınmış jurnalist Bahar Rüstəmli evində baş verən oğurluq hadisəsi ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu barədə Axar.az-a jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, 2017-ci il 8 fevral tarixində evindən edilmiş oğurluğa görə martın 5-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

Jurnalisti Cinayət-Axtarış İdarəsinin rəisi qəbul edib. Jurnalist bildirib ki, oğurluqdan sonra Binəqədi Rayon Polis İdarəsində cinayət işi acılsa da, heç bir nəticə yoxdur:

"Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları evimə girən oğruların tezliklə tapılıb həbs olunması üçün əllərindən gələn dəstəyi verəcəklərini bildirdilər. Əminəm ki, cinayətkar həbs olunacaq və mənə dəyən ziyan ödəniləcək”.

Qeyd edək ki, ötən ilin 8 fevral tarixində jurnalist Bahar Rüstəmlinin evindən edilmiş oğurluq zamanı 1500-2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti