Azərbaycan və İspaniya hökumətləri iki ölkə arasında birbaşa aviareysin açılması barədə razılıq əldə edib.
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Məlumata görə, söhbət bu ilin yay mövsümündə Bakıdan Barselonaya uçuşların təşkil olunmasından gedir. Məqsəd ölkədə turizmi inkişaf etdirməkdir: "Azərbaycanın turizm potensialının təbliği məqsədilə, turizm biznesinin peşəkarları üçün aprelin 14-də Bakıda "B2b Luxury & MICE Workshop” seminarı keçiriləcək. Bu tədbirdə İspaniyanın turizm bazarının iştirakçılarının böyük nümayəndə heyəti iştirak edəcək” – deyə Nazirlikdən bildirilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !