Bakı daha bir idman yarışmasına ev sahibliyi edəcək

09:27 | 08.12.2013
Bakı daha bir idman yarışmasına ev sahibliyi edəcək

Bakı daha bir idman yarışmasına ev sahibliyi edəcək

Dekabrın 14-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində qarışıq döyüş növləri üzrə dünya kuboku yarışlarının final mərhələsi keçiriləcək. Turnirdə Azərbaycan ilə yanaşı, 7 ölkənin komandası mübarizə aparacaq.

ANS PRESS-in verdiyi məlumata görə, xəbər verir ki, yarışda qonaq qismində Dünya Qarışıq Döyüş Növləri Assosiasiyasının (WMMAA) prezidenti Vadim Finkelşteyn və MMA üzrə dəfələrlə dünya çempionu olmuş Fyodr Yemelyanenko iştirak edəcəklər.

Qeyd edək ki, bu, F.Yemelyanenkonun Bakıya ilk səfəridir. Üç il əvvəl onun qardaşı Aleksandr Yemelyanenko paytaxtımızda keçirilən yarışda iştirak etmişdi.

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM