• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakı kəndlərindən şəhər istiqamətinə gələn marşrutların bir neçəsi bağlanıb

Bakı kəndlərindən şəhər istiqamətinə gələn marşrutların bir neçəsi bağlanıb
20.11.2013 11:05

Bakıda marşrutların qrafikində dəyişiklik edilib.

Məlumatlı mənbədən Gün.Az-a verilən məlumata görə, bu gündən etibarən Bakıətrafı qəsəbə və kəndlərdən şəhər istiqamətinə gələn bəzi marşrutların yolu qısaldılıb, bəzilərinin hərəkət istiqaməti dəyişdirilib, bəziləri isə ümumiyyətlə ləğv edilib.

Belə ki, 60, 80 və 131 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların yolu qısaldılaraq son dayanacaq kimi metronun “Koroğlu” stansiyasının ətrafı təyin edilib.

Bundan başqa 54 və 42 nömrəli xətt marşrutlarının yolu da qısaldılaraq “Laçın Ticarət Mərkəzi”nə qədər məhdudlaşdırılıb.

87 nömrəli marşrut avtobusları isə ümumiyyətlə xətdən çıxarılıb.

Mənbənin sözlərinə görə, bu addım sınaq məqsədilə atılıb. Məqsəd isə böyük avtobusların şəhərə daxil olaraq nəqliyyatı iflic vəziyyətə salmasının qarşısını almaqdır.

Amma, bu hələ sınaq müddəti olduğuna görə rəsmi verilmiş bir qərar deyil. Təxminən 1 ay davam edəcək sınaq müddəti uğurlu keçərsə bu qərar qüvvədə qalacaq və qrafik bu formada olacaq.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovla əlaqə saxlasaq da, o, heç bir şərh vermədi.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol