"Bakı I Avropa oyunları zamanı qatarların hərəkət vaxtı artırıla bilər”.
Bunu Lent.az-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin şöbə rəisi Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə edilir: "Ola bilsin ki səhər və axşamlar qatarlar bir saat əlavə işləsinlər” deyə N.Paşayev əlavə edib.
N. Paşayev onu da qeyd edib ki, Avropa oyunları ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında iki dildə (Azərbaycan və ingilis dillərində) elektron monitorlar qoyulacaq.
Qeyd edək ki, Avropa Oyunları qitədə çoxsaylı idman növü üzrə keçirilən birinci ən böyük yarış olacaq. Avropa Komitələrinin bütün üzvləri yarışlarda iştirak etmək və mübarizə aparmaq üçün Azərbaycanın Xəzər dənizinin sahilində yerləşən paytaxtı Bakı şəhərinə dəvət olunmuşlar. Açılış mərasimi cümə günü - iyunun 12-də, bağlanış mərasimi isə bazar günü - 2015-ci il iyunun 28-də təntənəli surətdə qeyd olunacaq.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !