Bakı metrosu bu qatarları alacaq - Fotolar

17:57 | 16.01.2015
Bakı metrosu bu qatarları alacaq  - Fotolar

Bakı metrosu bu qatarları alacaq - Fotolar

Yanvarın 15-də Moskva metrosunda istifadəyə verilmiş birbaşa keçidli yeni vaqonlar həmçinin Bakı metropliteninə də çatdırılacaq. Bakı metropoliteni üç belə qatar alacaq.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Metrovaqonmaş” ASC-nin yeni qatarlarının baş mühəndisi Sergey Litvinov bildirib.   

Yeni qatar adi qatardan 20 ton az çəkiyə malikdir. Buna görə də o, elektrik enerjisinə qənaət edir. Qatar mavi və bənövşəyi rəngə boyanıb. Qeyri-adi rənginə görə metropoliten əməkdaşları qatarı "badımcan qatar” adlandırırlar.

"Hazırda biz Bakı metropoliteni üçün üç qatarın çatdırılması üçün müqaviləni yerinə yetiririk”,- Sergey Litvinov deyib.

O əlavə edib ki, "Metrovaqonmaş”ın əvvəlki nisbətən ucuz qatarları ilə həmçinin Yekaterenburq, Nijni Novqorod və Sankt-Peterburq metroplitenləri də maraqlanır.

ANN.Az
 





0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür