Bakı metrosunda vəziyyət gün-gündən pisləşir - FOTOLAR

13:59 | 09.07.2014
Bakı metrosunda vəziyyət gün-gündən pisləşir - FOTOLAR

Bakı metrosunda vəziyyət gün-gündən pisləşir - FOTOLAR

Bu gün səhər saatlarından başlayaraq Bakı Metropolitenindən istifadə etmək müşkül məsələyə çevrilib. 

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə vətəndaşlar kütləvi şəkildə ANS PRESS-ə şikayətlərində bildiriblər. 

Sakinlərin sözlərinə görə, ən böyük problem metronun “Memar Əcəmi” və “20 yanvar” stansiyalarında yaşanıb. 

Belə ki, səhər saat 8-dən 9-a kimi qatarlara minmək mümkünsüz olub. “20 yanvar” stansiyasında nəinki qatara minmək, hətta platformada dayanmaq üçün yer olmayıb.

Sərnişin sıxlığı əsasən “Dərnəgül” – “Həzi Aslanov” istiqamətində daha çox müşahidə olunub. Digər stansiyalarda da sərnişin sıxlığı problemlər yaradıb.

Məsələ ilə bağlı Bakı Metropolitenilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, səhər sərnişin sıxlığının yaşanması ilə bağlı məlumatlıdır. Lakin bu metropolitenin fəaliyyətinə heç bir mənfi təsir etməyib.

Nəsimi Paşayevin sözlərinə görə, bu gün hansısa texniki nasazlıq yaşanmayıb. Qatarların intervalında da gecikmələr müşahidə olunmayıb.

“Xəbər verdiyimiz kimi, yay rejimində işləyirik. Bu səbəbdən də, qatarlararası interval artıb. Bu da imkan verir ki, nasaz vaqonları təmir edək. Sentyabrdan qış rejiminə keçəcəyik. Çalışacağıq ki, mövcud problemlər aradan qalxsın və sərnişinlər narazı olmasınlar”, - deyə Nəsimi Paşayev bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür