Bakı Metrosunda yenə problem

12:08 | 04.07.2014
Bakı Metrosunda yenə problem

Bakı Metrosunda yenə problem

Bu gün "Bakı Metropoliteni" QSC-də qatarın hərəkətində fasilə yaranıb. Movqe.az-ın hadisə yerində olan əməkdaşı saat 10:25 radələrində metronun Koroğlu stansiyasında qatarın hərəkəti dayandırılması məlumatını yayıb. 9 dəqiqəlik fasilədən sonra hərəkət yenidən bərpa edilib. Növbəti qatarın gəlişi arasında intervalın 7 dəqiqə çəkməsi metronun Koroğlu stansiyasında sıxlıq yaranıb. 7 dəqiqədən sonra növbəti qatar gəlsə də,"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev açıqlamasında bildirib ki, yaranmış fasiləyə səbəb qatarda kənar səsin eşidilməsi olub: "Qırmızı xətt üzrə hərəkət edən qatar Həzi Aslanovdan yenicə hərəkət edəndə kənar səs eşidilib. Təhlükəsizlik baxımından qatarın hərəkəti Əhmədli stansiyasında dayandırlıb və sərnişinlər vaqondan boşaldılıb.Ümumilikdə qatarın hərəkət qrafikində 9 dəqiqə gecikmə olub. Qatar baxış üçün depoya göndərilib".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür