• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bakı metrosunda yeniliklər olacaq

Bakı metrosunda yeniliklər olacaq
11.09.2014 11:26
 “Bakı Metropoliteni” QSC mövcud sistemin yeniləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində əsaslı işlər həyata keçirir. Sərnişinlərin təhlükəsizliyini yüksək səviyyədə təmin etmək məqsədilə qurum metroloji təminatın yeni səviyyəyə yüksəldilməsi üçün yeni nəsil defektoskopiya və diaqnostika avadanlıqlarından istifadə edəcək. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev “APA-Economics”ə bildirib ki, məsələ ilə bağlı QSC Böyük Britaniyanın “Megger” şirkəti ilə əməkdaşlıq etmək qərarına gəlib. Yaxın vaxtlarda şirkətin məhsulları metropolitenə gətiriləcək. “Megger” şirkəti elektrik ölçü və test avadanlıqlarının tam çeşidini istehsal edir. Avadanlıqlar istənilən elektrik sistemində elementlərin etibarlılıq və təhlükəsizliyini doğru və səlis qiymətləndirməyə imkan verir”, - deyə N. Paşayev qeyd edib. Onun sözlərinə görə, artıq avadanlığın istehsalı ilə bağlı metropolitendə əməli işlərə başlanılıb: “Bu məqsədlə elektrik təchizatı xidmətində “Nərimanov” elektrik deposu və elektromexanika xidmətlərinin mütəxəssislərinin iştirakı ilə hazırlıq tədbirləri görülür. Yeni növ cihazların səmərəli istismarını təşkil etmək üçün şirkətin mütəxəssisləri metropolitendə treninqlər keçirəcək. Avadanlıqlar və cihazlar ingilis dilində olacaq”. Qeyd edək ki, yeni avadanlıqlar sayəsində nəinki ölçmələrin dəqiqliyi təmin olunacaq, həm də işin operativliyi və sürəti də artırılacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol