Bu gün səhər saatlarından etibarən Bakı-Sumqayıt şosesində (Bakı istiqamətində) böyük tıxac yaranıb.
"APA-Economics”in məlumatına görə, tıxac Xırdalan dairəsindən başlayır və Moskva prospektinə (Şamaxinka adlanan ərazi) qədər uzanır.
Qeyd edək ki, tıxacın yaranmasına səbəb kimi Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsidir. Hadisə "KamAZ” və "VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində baş verib.
Nəqliyyat vasitələrinin axınında müşahidə olunan sıxlığın digər səbəbi adıçəkilən şose üzərində yerləşən körpüdə uzun müddətdir aparılan tikinti-yenidənqurma işləridir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !