Bakı-Tel-Əviv (İsrail) və əks istiqamətində yerinə yetirilən uçuşların sayı artırılır.
Heydər Əliyev Hava Limanında verilən məlumata görə, iyulun 11-dən əlavə reys həyata keçiriləcək.
Belə ki, həftənin çərşənbə günləri Bakıdan Tel-Əvivə təyyarə saat 09:35, Tel-Əvivdən Bakıya isə 17:50-də gələcək.
Digər bir dəyişiklik isə qeyd edilən istiqamətdə uçuşların saatları ilə əlaqədar edilib. Belə ki, iyulun 20-dən avqustun 31-ə qədər Bakıdan təyyarə 18:00-da yola düşəcək və 19:25 Tel-Əvivə çatacaq. Tel-Əvivdən Bakı istiqamətində uçan təyyarə isə 20:45 qalxacaq və 02:15-də Azərbaycanın paytaxtına enəcək.
Qeyd edək ki, Bakı-Tel-Əviv və əksinə müntəzəm uçuşlar həftənin bazar günləri yerinə yetirilir. Bakıdan Tel-Əvivə təyyarə 09:35-də, geri isə 17:50-də qayıdır.
ANN.Az