Bakcell uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

12:57 | 30.01.2015
Bakcell uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

Bakcell uşaqların fiziki-psixoloji sağlamlığının qorunmasını dəstəkləyir

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi və British Council Azerbaijan "TOPs Proqramı – Sağirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi" model layihəsinə dəstək verir. 

"İnkişaf Naminə İdman” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin məqsədi hədəf Bakı Şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən, 3 ümumtəhsil məktəbində fiziki tərbiyə fənnini tədris edən müəllimləri bu fənn üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. Bu metodun tətbiqieyni zamanda, təhsil müəssisələrində təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılmasına, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunmasına xidmət edir. 

Layihənin ilkin model fazası 2015-ci ilin 31 may tarixinədək davam edəcək və bu mərhələdə yalnız Bakı şəhərindəki orta ümumtəhsil məktəblərində həyata keçiriləcək. 

Layihədən nəticəsində fiziki tərbiyə üzrə fənn kurikulumunun tətbiqi üçün fəal tədris metodikası təkmilləşdiriləcək və ölkənin bütün ümumtəhsil məktəblərində tətbiq oluna biləcək fəal təlim metodu hazırlanacaq. Eyni zamanda 3000 nəfərdən artlıq uşaq və valideynin sağlam qida, fəal həyat tərzi, idmanın sosial bacarıqların inkişafında roluna dair məlumatlılığı artacaq. 
"Bakcell Starts” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Bakcell şirkəti uşaqlar üçün yeni imkanlar yaradan bir sıra layihələrə dəstək verir.  

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM