Bakıda 16 yaşlı qız söyüşə görə rəfiqəsini öldürdü - TƏFƏRRÜAT + VİDEO

22:13 | 01.12.2014
Bakıda 16 yaşlı qız söyüşə görə rəfiqəsini öldürdü - TƏFƏRRÜAT + VİDEO

Bakıda 16 yaşlı qız söyüşə görə rəfiqəsini öldürdü - TƏFƏRRÜAT + VİDEO

Qətl törədən qız həmcinsini söyüşə görə öldürdüyünü deyib 

Noyabrın 27-də Bakıda 23 yaşlı Şəms Nəhmədovanı bıçaqlayaraq öldürən 16 yaşlı Aydan Xəlilova barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Lent.az-ın məlumatına görə, ilkin araşdırmalar nəticəsində məlum olub ki, qətl hadisəsi Binə qəsəbəsi ərazisində Musa adlı şəxsin avtomobilində baş verib. Hadisəni törədən A.Xəlilova deyib ki, Musanın avtomobilində Şəms Nəhmədova ilə mübahisə edib. Mübahisə zəminində 23 yaşlı qız otaq yoldaşına təhqiredici sözlər deyib.
 
16 yaşlı qız iddia edib ki, Şəmsi söyüşlərinə görə bıçaqlayıb.
 
O da məlum olub ki, hadisənin baş verdiyi avtomobilin sahibi olan Musa hər iki qızla isti münasibətdə olub və qızlar həmin gün onun avtomobilində yığışaraq aralarındakı mübahisəli məsələni müzakirə etmək istəyiblər.
 
 
*****
 
28 noyabr 11:11
 
 
Bakıda 16 yaşlı qız tərəfindən törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydın olub.Lent.az-ın əldə etdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Aydan Xəlilova özündən 7 yaş böyük olan Şəms Nəhmədovanı mübahisə zəminində öldürüb.
 
Bəlli olub ki, qızlar bir müddət imiş ki, Binə qəsəbəsində kirayədə tutduqları mənzildə yaşayırmış. Tüfeyli həyat tərzi keçirən qızlar konkret heç bir yerdə oxuyub-işləməyib. A.Xəlilovanın atası bir müddət əvvəl dünyasını dəyişib, anası isə Zaqatalada yaşayır. Qətlə yetirilən 23 yaşlı qız isə ailəsi Bakıda yaşamasına baxmayaraq, evdən çıxıb və kirayədə yaşamaq qərarına gəlib.
 
Olaya gəlincə, dünən axşam saatlarında hələlik dəqiqləşməmiş səbəbdən qızlar arasında mübahisə olub. Mübahisə zəminində 16 yaşlı qız bıçaqla otaq yoldaşının ürəyinə bir zərbə endirib.
 
Araşdırmalar davam etdirilir.
 
 
*****
 
28 noyabr 10:45
 
Bakıda törədilmiş qətlin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 27-də  Bakı şəhər sakini 1991-ci il təvüllüdlü Şəms Nəhmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Aydan Xəlilova müəyyən edilib. 16 yaşlı qız polis tərəfindən tutulub.
 
Araşdırmalar davam etdirilir. 
 
*****
 
28 noyabr 10:25
 
 Bakıda qətl törədilib.
 
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Binə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 23 yaşlı Şəms Daşdəmir qızı Abdullayeva naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
 
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.
 
Hazırda hadisəni tərədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür