• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakıda alim qadının meyiti tapıldı - VİDEO

Bakıda alim qadının meyiti tapıldı - VİDEO
23.12.2013 10:00
Bakıda mənzildən tanınmış alimin cəsədi aşkarlanıb.APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng daxil olub ki, Bakının Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 61 yaşlı qadın köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Araşdırma nəticəsində məlum olub ki, bir neçə gün əvvəl öz mənzilində dünyasını dəyişən qadın Əzizova Nəzakət Məhərrəm qızıdır. O, tanınmış şairə və ədəbiyyatşünasdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Nəzakət Əzizova çoxsaylı kitabların müəllifidir. O, 2000-ci ildə Hüseyn Cavid dramaturgiyasından dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb
Cəmiyyət 23:01
Məhkəmə “Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktorunu həbsdə saxlayıb
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Cəmiyyət 21:50
Abşeron Gənclər şəhərciyində partlayış baş verib - Video
Şəmkirdə istixana yanıb
Cəmiyyət 21:32
Şəmkirdə istixana yanıb
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
Cəmiyyət 19:07
“20 yanvar” stansiyasının yaxınlığında yanğın söndürülüb - Yenilənib
DTX və DSX birgə əməliyyat keçirib
Cəmiyyət 19:00
DTX və DSX birgə əməliyyat keçirib
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Cəmiyyət 18:57
Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradılıb
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Cəmiyyət 18:30
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Cəmiyyət 18:19
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Cəmiyyət 17:53
Bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol