"Bakı 2015" I Avropa Oyunları zamanı əməliyyatlara hazırlıq məsələləri mayın 17-də sınaqdan keçiriləcək.
"Report"un məlumatına görə, bu məqsədlə Bakıda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq.
Bununla da "Bakı 2015" zamanı şəhərdə nəqliyyatın hərəkətinin bir günü canlandırılacaq. Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 8:00-dan 14:00-dək davam edəcək.
Qeyd edək ki, tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmayıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !