Bakıda ayı 100 manatdan baha autist qrupları - Video

20:03 | 02.04.2015
Bakıda ayı 100 manatdan baha autist qrupları - Video

Bakıda ayı 100 manatdan baha autist qrupları - Video

Bu gün Ümumdünya Autizm günüdür.
 
ANS TV-nin məlumatına görə, bu xəstəlik haqqında hər bir qadın bilməlidir. Çünki uşaqla anadan çox təmasda olan yoxdur. Autizm uşaqlarda ana bətnində yarana bilər və yaxud hər hansı zərbədən sonra da baş verə bilər. Belə uşaqlarda hələ körpəlikdən nə isə çatışmazlıq olduğu hiss edilir. Autik olan uşaqlar heç bir reaksiya verə bilmir. 1 yaşdan sonra isə onlar daima özlərinə qapanırlar. Azərbaycanda autizmli uşaqların cəmiyyətə adaptasiya problemi var.

11 yaşlı Elvin autizm sindromundan əziyyət çəkir. Bu sindrom dünyada xəstəlik kimi qəbul edilmir. Mütəxəssislər onu ömür boyu sürən amma reabilitasiya ilə tədricən yaxşılaşan sindrom olaraq görürlər.

Bu gün Azərbaycanda autizm sindromlu uşaqların sayı barədə dəqiq rəqəm də demək mümkün deyil. Çünki indiyədək bu uşaqların statistikası aparılmayıb, ailələr də hətta bu sindromdan xəbərsizdirlər. Qeyri-rəsmi tədqiqatlar ölkəmizdə onların sayının 4 min olduğunu göstərir. Yaxın beş ilə qədər ölkəmizdə autizmin nə olduğu haqqında təsəvvürlər olduqca az idi. İndi isə autizm sindromulu uşaqların sayı günbəgün artır.

Loqoped Ülvi Həsənov deyir ki, autizim olan uşaqların bəzilərində xüsusi istedad varki, bunun sayəsində onlar deyiləcək sözü gözdən və ağız hərəkətlərindən oxuya bilirlər.

Azərbaycanda autizmli uşaqların reabilitasiyasını həyata keçirmək üçün xüsusi tədris müəssisəsi, baxça, məktəb yoxdur. Autist uşaqlar yalnız valideynin imkanı çərçivəsində özəl kurslarda reabilitasiya keçə bilər. Araşdırma zamanı məlum oldu ki, Bakıda fəaliyyət göstərən bu cür kursların 1 aylıq məşğələ haqqı 100 manatdan çoxdur. Regionlarda isə heç ödənişli mərkəz də tapmaq olmur.

Dünya praktikasında autizmli uşaqlar üçün əsasən dövlət səviyyəsində proqramlar həyata keçirilir. Bu sindromdan əziyyət çəkən uşaqlar məcburi şəkildə reabilitasiyaya cəlb olunur. Psixoloji məşğələlər vasitəsi ilə uşaqların cəmiyyətə inteqrasiyası daha sürətli ola bilər.

Psixoloq Aida Nəbiyeva qeyd edir ki, belə uşaqlar analarına daha çox öyrəşdikləri üçün onlardan ayrılmaq, tək bir yerdə oturmaq istəmirlər. Psixoloq ilk bir ayın autist uşaqlar üçün adaptasiya dövrünün olduğunu deyir.

Autizm sindromu ilə doğulan uşaqların sayı bütün ölkələrdə durmadan artır. Bu uşaqların sağlam reabilitasiyası ancaq o ölkələrdə mümkün olur ki, onlar autizmli uşaqlarla xəstə kimi davranmırlar.

Autizm sindromu kiçik yaşlarda aşkarlanarsa, xüsusi tərbiyə olunarsa bu uşaqlar olduqca parlaq şəxsiyyətlər kimi heç kəsdən asılı olmadan yaşaya bilirlər. Məsələn, bütün dünyanı öz ixtiraları ilə hələ də şoka salan Enşteyn kimi. Bəlkə Elvin də belə insanlardan biri olacaq.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM