Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib - FOTOLAR

16:04 | 12.03.2014
Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib - FOTOLAR

Bakıda Azərbaycan İnvestisiya Sammiti keçirilib - FOTOLAR

Martın 12-də Bakıda Azərbaycan İnvestisiya Sammiti işə başlayıb. Tədbiri açıq elan edən "The Economist" jurnalının redaktoru Saymon Rayt Azərbaycanda iqtisadi inkişafı müsbət dəyərləndirib.ANN.Az xəbər verir ki, S.Rayt yaxın zamanlarda Azərbaycanda neft gəlirlərinin sabitləşəcəyinin gözlənildiyini bildirib: "Buna görə iqtisadiyyatın balanslaşması lazımdır. Ölkədə mülkiyyət hüquqlarının təmin edilməsi vacibdir".S.Rayt əlavə edib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə siyahısında aşağı yerlərdən birindədir: "Bu sahədə mübarizə güclənməlidir. Həmçinin, iqtisadiyyatda plüralizm təmin edilməlidir".Sammitdə Azərbaycandan, həmçinin xaricdən olan siyasətçilər, iqtisadçılar çıxış ediblər.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti Rüfət Məmmədov Azərbaycanın inamlı ticarət tərəfdaşlarının olduğunu qeyd edib: "Bizim ənənəvi tərəfdaşlarımız var. MDB, Avropa Birliyi, eyni zamanda Asiya ölkələri ilə əməkdaşlıq edirik. Avropa Birliyi ölkələri həmçinin qeyri-neft məhsulları üçün əsas ticarət tərəfdaşıdır. Biz ticari tərəfdaş seçərkən ölkənin böyük və ya kiçik olmasına fikir vermirik. Ticarət zonasında Yaxın Şərq, Asiya, Amerika və Afrikadakı ölkələrlə əməkdaşlığı genişləndiririk. Əlbəttə ki, bütün bunlar zaman alır. Lakin artıq müsbət nəticələr əldə etdiyimizi deyə bilərik".Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsindən danışıb:"Azərbaycanda qeyri-neft sektoru inkişaf etməkdədir. Özəl sektorun inkişafı üçün bütün lazımi şərait mövcuddur. ÜDM-nin 80%-i özəl sektorun payına düşür. Bu göstərici bir neçə il əvvəl özəl sektoru sıfır səviyyəsində olan bir ölkə üçün yaxşı göstəricidir. İndi əsas işlərdən biri ölkəmizə yeni xarici investisiyalar cəlb etməkdir. Bunun əsas göstəricilərindən biri olan sahibkarlıq mühiti təkmilləşdirilir. Azərbaycanın coğrafi potensiyalını da unutmamaq lazımdır".Tədbirdə çıxış edən digər çıxışçılar  son illər Azərbaycanda aparılan islahatlardan, yeridilən sosial-iqtisadi siyasətdən və əldə olunan nailiyyətlərdən, ölkə iqtisadiyyatında mövcud olan problemlər danışılıb. Bu problemlərin həllinə ilə bağlı çıxış yolları göstərilib, gələcək inkişaf perspektivləri barədə müzakirələr aparılıb.Cəmilə İbrahimovaFoto: Orxan ƏzimANN.Az 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb