Bakıda bir qəzanın dəhşətli görüntüləri - VİDEO

14:35 | 01.12.2013

“Shacman” markalı yük maşınının ətrafdakı avtomobilləri əzməsi ilə nəticələnən yol qəzasının videogörüntüləri yayılıbÖtən gecə saat 23 radələrində Ziya Bünyadov prospektində “Shacman” markalı yük maşınının ətrafdakı avtomobilləri əzməsi ilə nəticələnən yol qəzasının videogörüntüləri yayılıb. APA TV-nin xəbərinə görə, “Shacman” markalı yük maşını Ziya Bünyadov prospektində təxminən yarım kilometrlik ərazidə yol boyu maşınları əzə-əzə gedib. Daha sonra qarşıda dayanmış yük maşınlarına çırpılan “Shacman” aşıb.Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Onların əksəriyyətinə elə hadisə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti nisbətən ağır olan zərərçəkənlər isə təcili tibbi yardım briqadaları tərəfindən xəstəxənaya aparılıb. Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi Eldar Abdullayevin APA TV-yə verdiyi məlumata görə, qəza nəticəsində xəstəxanaya üç nəfər yerləşdirilib. Bunlar Cəfərova Nicar Xasay qızı, 24 yaşlı Zeynalov İlkin Pərviz oğlu və 47 yaşlı Novruzova Kəmalə Kamal qızıdır.“Shacman”ın sürücüsü hadisədən dərhal sonra qaçıb ərazidən uzaqlaşmaq istəsə də, ətrafdakılar buna imkan verməyiblər. Əzilən maşınların sahibləri sərxoş sürücüyə hücum çəkiblər. Onu zərərçəkənlərin əlindən polis əməkdaşları alıb. Yük maşının sürücüsü o qədər sərxoş olub ki, suallara da doğru-dürüst cavab verə bilməyib.Sürücü Nərimanov rayon Polis İdarəsinə aparılıb. Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi bildirib ki, qəza törədən yük maşınını 1960-cı il təfəllüdlü Əliməmmədov Eldar Həsən oğlu idarə edib. O, izahatında bildirib ki, avtomobilin əyləc sistemi işləmədiyindən qəza törədib. Müstəntiq sürücünün sərxoş olduğunu təsdiqləyib.Hadisənin baş verdiyi əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin xilasediciləri cəlb ediliblər. Maşınlardan yerə yanacaq dağıldığından yanğın təhlükəsi yaranmışdı. Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə briqadası hadisə yerində təhlükəsizlik tədbirləri görüb, yanğın təhlükəsi aradan qaldırılıb.Sərxoş sürücünün yük maşını ilə törətdiyi yol terrorunun vurduğu ziyan hesablanır. Avtomobilləri sığortalayan sığorta şirkətlərinin əməkdaşları hadisə yerində dəyən ziyanı hesablayıblar. Amma rəqəmlər hələlik ümumiləşdirilməyib.ANN.Az

loading...

Xəbər lenti