Bakıda bu binaların üstündən su çənləri yığışdırılacaq - SİYAHI

13:15 | 21.04.2014
Bakıda bu binaların üstündən su çənləri yığışdırılacaq - SİYAHI

Bakıda bu binaların üstündən su çənləri yığışdırılacaq - SİYAHI

“Azərsu” əhalinin 24 saat ərzində içməli su ilə təmin edilməsi üçün geniş miqyaslı işlər həyata keçirir. 1 yanvar 2014-cü il tarixindən etibarən paytaxt əhalisinin 78%-i 24 saat içməli su ilə təchiz edilir. Bu səbəbdən binaların çoxunun üstündən artıq su çənləri yığışdırılıb.ANNET.Az Milli.Az-a istinadən xəbər verir ki, “Azərsu”nun mətbuat katibi Anar Cəbrayıllının bildirdiyinə görə, sutkalıq su təchizatına keçən binaların üzərindən çənlər yığışdırılır. Bu işlər şəhərin bütün rayonlarında həyata keçirilir. Onun sözlərinə görə, su çənlərinin demontajı yerli icra hakimiyyətləri səviyyəsində həll edilir. Nizami rayonunda aşağıdakı ünvanlarda su çənləri yığışdırılacaq: Qara Qarayev prospekti 3, 7, 9, 36, 38, 40,42;Əli Vəliyev küç. 7, 7А, 9, 14, 16;Tofiq Abbasov küç. 8, 9, 10, 12, 15, 35, 39, 39A;Kamil Balakişiyev küç. 57, 32, 11, 47, 41, 43, 45, 26, 28, 30, 35, 39;İlham Müzəffəroğlu küç. 8, 12, 16;Özbəkistan küç. 7, 9, 9A, 13, 17, 21;Nizami küç. 3, 7,9, 11, 15, 19/48;Əlif Hacıyev küç. 4, 6, 10, 12, 14/2;Şirin Mirzəyev küç. 40/2, 40/3, 42, 44, 46, 48, 54, 56;Şərifli küç. 2а, 4а, 4b;Rizvan Teymurov küç. 28, 28А, 28B;Mehdi Abbasov küç. 27, 29;Çobanzadə küç. 1,5, 9/11;Məhsəti küç. 2,4, 6, 8.Ümumilikdə 75 bina. Yuxarıda göstərilən binalardakı su çənlərinin sökülməsi 2014-cü il ərzində həyata keçiriləcək.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM