Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS-ə verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar fevralın 21-i səhər saat 09:00-dan Heydər Əliyev prospekti köməkçi yol - Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
İşlərin başa çatması fevralın 21-i axşam saatlarında kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !