Bakının Nərimanov rayonunun Fətəli xan Xoyski prospektində inşa edilən yeraltı piyada keçidinin tikintisinin oktyabr ayında başa çatdırılması planlaşdırılır. Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. Onun sözlərinə görə, keçidin bir giriş-çıxışı Bədən Tərbiyəsi və İdman Akademiyası, digəri isə “Caspian Shop” ticarət mərkəzi istiqamətinə olacaq. Keçidin uzunluğu 90 m, eni 4,7 m, hündürlüyü isə 3 m təşkil edəcək. “Artıq yolun hərəkət hissəsinə düşən tunelin betonlanması işləri başa çatdırılıb. Hazırda istinad divarlarının betonlanması və örtüyün hidroizolyasiyası işləri gedir”, - deyə P. Mürsəliyev bildirib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !