Bakıda daha bir piyada keçidi istifadəyə veriləcək

13:46 | 09.07.2014
Bakıda daha bir piyada keçidi istifadəyə veriləcək

Bakıda daha bir piyada keçidi istifadəyə veriləcək

Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı keçidin tikinti işlərinin çox hissəsi yerinə yetirilib. Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin bildirib. Onun sözlərinə görə, uzunluğu 88 metr, eni 8 metr, hündürlüyü isə 3 metr nəzərdə tutulan keçidin 64 metrlik hissəsi hazırdır, qalan 24 metrlik hissəsində dəmir-beton işləri davam etdirilir. “İki girişi və iki çıxışı olacaq keçidin hazır olan hissəsinin döşəmə və divarları üzlənib, eyni zamanda qrunt sularının kənarlaşdırılması üçün  nasosxana tikilib. Müasir işıqlandırma sistemi nəzərdə tutulan keçiddə tikinti işlərinin cari ilin avqust-sentyabr aylarında yekunlaşması gözlənilir”, - deyə o bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür