Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır
Hava limanı avtomobil yolunda bu gün nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.Oxu.Az xəbər verir ki, “Azəryolservis” ASC-dən Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə verilən məlumata əsasən, yol cizgiləri və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan 18:00-a qədər Böyükşor – Hava limanı avtomobil yolunda (Sabunçu yol qovşağından Heydər Əliyev adına Hava limanına qədər) nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər