Bakıda döyüş sursatı tapıldı

20:31 | 04.12.2014
Bakıda döyüş sursatı tapıldı

Bakıda döyüş sursatı tapıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda mərmi tapılması ilə bağlı məlumat yayıb.

ANN.Az nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda döyüş sursatı aşkarlanıb.

Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aşkarlanmış sursata baxış keçirilərkən istifadəyə yararsız 1 ədəd 82 millimetr çaplı minaatan minası, partlayıcı qurğusu zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməyiblər. Əməliyyat saat 17:20-da başa çatmışdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür