Ötən ilin dekabr ayı üzrə müşahidələr göstərir ki, təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 2065 $/кv.m-dən 0,68% artaraq 2079 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1619 AZN/кv.m-dən 0,67% artaraq 1630 AZN/кv.m bəndində qərarlaşıb. Fins.az "MBA LTD” qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupuna istinadən təkrar məmzil bazarının analizini təqdim edir.
Bazar portfelində ümumi təkliflərin sayı isə 1997 ədəd təşkil etmişdir ki, bu da öz növbəsində ötən ay ilə müqayisədə -2,9%, ötən ilin müvafiq ayı ilə müqayisədə isə -11,82% az olub. Təkrar yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 1200 $/kv.m - 2000 $/kv.m qiymət diapazonu arasında yerləşən orta qiymətli mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 67,2%-ni təşkil edir. Ümumi təklif portfelinin 19,5%-ni bahalı evlər, yəni ki, qiyməti hər kvadrat metrinə görə 2500 $-dan baha olan mənzillərin payına düşür. Təkrar yaşayış mənzil bazarında qiyməti 1500 $/kv.m-dən ucuz olan mənzillərin payı isə 13,3% təşkil edir.
Qiymət diapazonu
Ümumilikdə dekabr ayındakı aparılan araşdırmalar göstərir ki, təkrar yaşayış mənzil bazarında təklif olunan bir, iki və çox otaqlı mənzillərin təklif qiymətlərində müvafiq olaraq 3,13%, 2,59% və 2,78% artım vardır. Üç otaqlı mənzillərin qiymətində isə -2,79% azalma müşahidə olunmuşdur.
Bаzаrdа dövr еdən mənzillərin оtаq sаy göstəricilərində tədricən bаş vеrən yеrdəyişmə dаvаm еdib, təklif olunan mənzillərin sayındakı dəyişikliklər bütün növ mənzillərin payına düşüb. İki, üç və çox otaqlı mənzillərin təklif sayında azalma, bir otaqlı mənzillərin sayında isə artım müşahidə olunub. Nəticə оlаrаq isə daha çox azalma iki və daha artıq otaqlı mənzillərin payına düşüb. Təklif portfelində köhnə mənzillərin paylarının azalması əsasən "fransız” və "eksperimental" layihəli binalarda müşahidə olunub.
Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil yeni tikili layihəli 4 otaqlı mənzildə qeydə alınıb «28 may» metro stansiyası yaxınlığında yerləşən 150 kv.m sahəyə malik olan, əla təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4500 manat təşkil edib. Kvadrat metrinin dəyərinə görə qeydə alınan ən ucuz mənzil isə Nəsimi rayonunda, 3-cü mikrorayon ərasizində yerləşən 230 kv.m-lik sahəyə malik yeni tikili, 4 otaqlı mənzildə qeydə alınıb, 650 AZN/kv.m.
Layihələr üzrə qiymət strukturu:
Bakı şəhəri üzrə 2014-cü ilin dekabr ayında təkrar mənzil bazarında təklif olunan ən bahalı mənzil Xətai rayonunda qeydə alınıb. Xətai m/st yaxınlığındakı 267 kv.m sahəyə malik olan mənzilin satışa çıxarılan təklif qiyməti 1 500 000 $ dəyərində olub. Ən ucuz mənzil isə Abşeron rayonu, Masazır qəsəbəsində yeni tikilən binada qeydə alınıb. 37 kv.m sahəyə malik olan 1 otaqlı mənzilin satışa təklif qiyməti 44 500 $ dəyərindədir.
Ay ərzində rаyоnlаr üzrə qiymət dəyişməsi mövcud tələbə uyğun bаş vеrib. Rayonlar üzrə orta bazar qiymətləri aşağıdakı kimi formalaşıb:
Rayonlar üzrə qiymət cədvəli, $/kv/m