Bakıda müəllimlər etiraz aksiyası keçirir

12:07 | 23.04.2014
Bakıda müəllimlər etiraz aksiyası keçirir

Bakıda müəllimlər etiraz aksiyası keçirir

Suraxanı rayonunda müəllimlər məktəb direktoruna qarşı çıxıblar.

Belə ki, 7 saylı internat məktəbinin 20-ə yaxın müəllimi direktor Afaqət Əsgərovaya qarşı aksiya keçirir. ANS PRESS-in məlumatına görə, hazırda müəllimlər məktəbin qarşısında toplaşaraq direktorun vəzifəsindən getməsini tələb edirlər. Müəllimlərin sözlərinə görə, direktor Afaqət Əsgərova onlar haqqında yalançı aktlar yazaraq məhkəməyə verib. Müəllimləri təhqir edən direktor onları işdən çıxartmaqla hədələyib. Hazırda müəllimlərin məktəb qarşısında etiraz aksiyası davam edir.Məsələni diqqətdə saxlayırıq.ANNET.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM