• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bakıda mənzillərin qiyməti bahalaşıb

Bakıda mənzillərin qiyməti bahalaşıb
04.02.2014 12:45
2013-cü il ərzində Bakının ilkin mənzil bazarında qiymətlər 28,9 faiz artıb. Bu barədə bazar ertəsi Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.Onun sözlərinə görə, yanvar ayında ilkin bazarda mənzilin bir kvadratmetri orta hesabla 889 dollar olub, dekabrda isə bir kvadratmetrin qiyməti 1146 dollara çatıb.N.İbrahimov deyib ki, ki, bahalaşma paytaxtda söküntü işlərinin genişlənməsi, eləcə də təklif porfelində ucuz mənzillərin payının tədricən azalması (bu, tikintinin həcminin azalması ilə bağlıdır) və müvafiq olaraq nisbətən daha bahalı mənzillərin payının artması ilə bağlıdır".Bir müddət əvvəl Trend-in xəbər verdiyi kimi, ARDNŞ-nin "Аzəriqaz" İstehsalat Birliyi ötən il çoxmərtəbəli binaların qazlaşdırılmasını iki dəfə artırıb: 2013-cü ildə 30 374 mənzilin olduğu 149 yeni tikili istifadəyə verilib. 2012-ci ildə bu rəqəm 60 olub. Bu amil də qiymətlərin formalaşmasında rol oynayır."MBA Group"un monitorinqinə görə, Bakıda ilkin daşınmaz əmlak bazarında qeyri-yaşayış binaları da bahalaşıb. Belə ki, ötən ilin sonuna bir kvadratmetrin dəyəri 2013-cü ilin yanvarındakı 2821 dollara qarşı 2907 dollar təşkil edib.Elit evlərin də qiymətləri artıb: əgər 2013-cü ilin yanvarında belə mənzillərin bir kvadratmetrinin dəyəri 2120 dollar təşkil edirdisə, keçən ilin sonunda qiymətlər 3339 dollara qədər artıb. Elit evlər ən çox Bakının Nəsimi və Yasamal rayonlarında bahalaşıb.Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında mövcud vəziyyət ən yaxın aylarda qiymətlərin sabitləşməsindən (alıcı kontingentinin azalması) xəbər verir. Onun fikrincə, 2014-cü il ərzində qiymətlər altı-səkkiz faiz artacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
İqtisadiyyat 11:22
Bakıda ticarət dövriyyəsinin həcmi artıb
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
İqtisadiyyat 10:08
“Bank Respublika”dan sahibkarlara yay aylarında daha sərfəli şərtlərlə dəstək!
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 09:43
Dünya bazarlarında neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:40
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:59
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol