Bakıda ofisiantlar arasında kütləvi dava

13:29 | 04.05.2015
Bakıda ofisiantlar arasında kütləvi dava

Bakıda ofisiantlar arasında kütləvi dava

Bakıda Dənikənarı Milli Parkda yerləşən restoranlardan birinin ofisiantları arasında kütləvi dava baş verib. 

"Report"un məlumatına görə, əvvəlcə restorandakı xarici ölkə vətəndaşı olan müştəriyə qulluq etmək üstündə ofisiantlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Restorandan bayıra çıxan ofisiantlar Dənikənarı Milli Parkın ərazsisindəki ictimai yerdə bir-birilərinin ünvanına təhqiramiz ifadələr işlədərək dava ediblər. Hadisədən sonra dava edən ofisiantlar ərazidə xidmət aparan polislər tərəfindən oradan uzaqlaşdırılıb. 

Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində araşdırma aparılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM