Bakıda oteldə yanğın olub.
ANN.Az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda ümumi sahəsi 1350 kv.m olan üçmərtəbəli "TİTANİK" otelinin 1-ci mərtəbəsində yerləşən, sahəsi 30 kv.m olan saunanın yanar konstruksiyaları yanıb.
Yanğın zamanı otelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilmiş, 10 nəfər təxliyyə olunub. Otelin qalan hissəsi və saunaya bitişik tikililər yanğından mühafizə olunub.
Yanğın saat 08:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !