Bakıda qazdan zəhərlənənlərdən xəbər var

10:11 | 06.03.2014
Bakıda qazdan zəhərlənənlərdən xəbər var

Bakıda qazdan zəhərlənənlərdən xəbər var

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki bir neçə yaşayış binasında təbii qazdan baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzinə yerləşdirilmiş 43 nəfər artıq evə buraxılıb. Bu barədə Trend-ə Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.Onun sözlərinə görə, 43 nəfərin 5-i uşaq, 9-u kişi, qalanları isə qadınlar olub. Xəstəxanadakı sonuncu xəstə evə bu gün səhər saat 4 radələrində buraxılıb.Qeyd edək ki, axşam saatlarında qəsəbədə 3-4 beşmərtəbəli yaşayış binasında kütləvi zəhərlənmə baş verib.Hadisə nəticəsində 80-dən çox sakinin təbii qazdan zəhərlədiyi bildirilir. "Azəriqaz"dan" Trend-ə verilən məlumata görə, insanların zəhərlənməsi təbii qazın tərkibində odorant maddəsinin normadan artıq dozası nəticəsində baş verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM