Bu yaxınlarda "Art Villa" qalereyasında dünya səyahəti edən gənc Azərbaycan fotoqrafı Nailə Axundovanın "Asiyanın Simaları" adlı şəxsi sərgisinin açılışı oldu.Nailə Axundovanın kiçik müsahibəsini ANN.Az oxucularına təqdim edirik.
- Niyə başqa sənət deyil, məhz fotoqraflıq?- Çünki başqa heç nə ola da bilməzdi, çünki dünyanı səyahət edərkən onu vizual olaraq qəbul edirdim.
- Nə vaxtdan fotoqrafsınız və bu işə nədən başladınız?- Mənim fotoqraf kimi fəaliyyətim səyahətdən başladı, üç aylıq səyahətim bitmək üzrə olarkən, bütün gördüklərimi saxlamalı olduğumu anladım. Səyahətə isə yarım il əvvəl mənə bəlli olmayan yerdə başladım. Heç vaxt peşəkar fotoqraflıqla məşğul olmamışam. Ona görə də məni təzə fotoqraf adlandırmaq olar. Dünya səyahətinə çıxmaqla, həyatımı kardinal şəkildə dəyişdim.
- Bu, sizin ilk şəxsi sərginizdir?- Yox, bu ilin fevralında, Vıborq şəhərində sərgim keçirildi, amma mən orda deyildim. Uşaqların portretlərinin təqdim edildiyi "Asiyanın Uşaqları" adlı sərgini mənimçün valideynlərim təşkil etmişdilər. Tezliklə, Vıborqda daha bir uşaq sərgisi olacaq. Biz onu 1 iyunda keçirəcəkdik, amma bəzi səbəblərə görə alınmadı. Bu sərgi iyunun sonunda olacaq.
- Bir az özünüz haqqında danışın, hansı ölkələrdə olmusunuz?- Mən Rusiyanın Vıborq şəhərində doğulmuşam. İxtisasca sənətşünasam. 2012-ci ilə qədər, təxminən altı il, interyer dizayneri işləmişəm. 2012-ci ilin sentyabrında Bakıdan yarım illiyinə getdim, amma səyahət 2014-cü ilin iyununa qədər ləngidi. Bu müddətdə Hindistan, Nepal, Malaziya, Laos, Çin, Tailand, Sinqapur, Kamboca, İndoneziya, Vyetnam və Myanma kimi ölkələri gəzdim. Yarım il Balidə yaşadım.
- Niyə Avropa və ya Amerika deyil, məhz Asiya?- Mən Asiyaya yola düşdüm, çünki belə alındı. Əvvəl mən ora düşməyə arzu edirdim, amma düzünü desəm, planlaşdırmırdım. Asiya olduqca az xərc tələb edən regiondur. Və (amma) məndə təvazökar büdcə var idi, buna görə Asiya mənə yaxınlaşırdı. Ona görə də mən bekpeker kimi səyahət edirəm – belimdə bir çanta və bir az pul.
- İlk səyahət etdiyiniz ölkə hansıdır?- Nepal.
- Sizin fotoqraf kimi formalaşmağa başladığınız ilk foto hansı idi?- Bu, divardan asılmış Racput fotosudur. Bu şəkil Hindistanın ən böyük, ən gözəl, ən parlaq və ən koloritli ştatı, Racastanda çəkilmişdir.
- Tamaşaçıların ixtiyarına nə qədər foto təqdim etmisiniz?- Sərgidə təxminən 40 şəkil.
- Sizin sərginiz "Asiyanın Simaları" adlanır. Niyə məhz bu mövzunu seçmisiniz və insanlardan başqa nəsə çəkirsinizmi?- "Asiyanın Simaları" sərgisi Asiyanın insanlarına, onların gündəlik həyatına, işinə, istirahətinə və ayin mərasimlərinə həsr edilmişdir. Asiyanın insanlarına həsr edilmişdir. Mənim kolleksiyamda çoxlu təbiət şəkilləri, mənzərələr və s. var. Amma bu sərgidə mən dəhşət pis yaşayan, amma bununla belə, yaxşı insanları göstərmək istəyirdim. Onlar həmişə sevinirlər, gülümsəyirlər, əvvəlki kimi ənənələrə riayət edirlər, məsələn, dini, ailə və s., heç nəyə baxmayaraq bu ənənələri icra edirlər. Heç kəs özünü bədbəxt hesab eləmir. Onlar yenə də hər şeydən razıdırlar. Asiya öz koloriti ilə göstərir ki, pul olmadan da xoşbəxtlik mümkündür. Təqdim edilmiş işlərdən əksəriyyəti dünyanın ən kasıb ölkələrindən olan Nepal və Myanmada çəkilib. Bu ölkələrdə orta əsr həyat tərzi saxlanılıb, insanlar hələ də ənənəvi geyim geyinirlər və mənəvi dəyərləri maddi dəyərlərdən üstün sayırlar. Mən də öz işlərimdə bizim gündəlik həyat tərzimizə bənzəməyən atmosferi və yerli koloriti çatdırmağa çalışıram. Xoşbəxt insanların qəlblərində hökm sürən harmoniyanı göstərməyə çalışıram, çünki onlar heç nəyə baxmayaraq həyatdan həzz alırlar.ANN.Az xəbər portalı paytaxtımızda keçirilən mədəni tədbirləri diqqətsiz qoymur və istedadlı gənc fotoqraf Nailə Axundovanın çəkdiyi fotoları diqqətinizə təqdim edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !