Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” keçiriləcək

13:25 | 03.04.2015
Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” keçiriləcək

Bakıda “Sığorta Agentlərinin III Milli Forumu” keçiriləcək

 
Aprelin 6-da Bakıda, "Kempinski Hotel Badamdar”da "Sığorta Agentlərinin III Milli Forumu” keçiriləcək. Tədbir Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə baş tutacaq.

Forumda DSNX-nın rəisi Namiq Xəlilovun, ASA-nın sədri Orxan Bayramovun, eləcə də İcbari Sığorta Bürosunun və yerli sığorta şirkətlərinin nümayəndələrinin, sığorta agentlərinin və sığorta ekspertlərinin çıxışları nəzərdə tutulub.

Müzakirələr sığorta bazarında agentlərin rolu, onların satış kanalları, vasitəçilərin peşəkarlığının artırılması, agentlik fəaliyyəti və bu sahədə rəqabət mühiti, sığorta agentlərinin üzləşdikləri problemlər, o cümlədən vergilərin ödənilməsi sahəsində problemləri və onların aradan qaldırılması, həmçinin daşınmaz əmlakın icbari sığortasında və avtomobillərin icbari sığortasında mənfi hallar və onların həlli, həm könüllü, həm də icbari sığorta növlərinin agentlər üçün yaratdığı perspektivlər, iqtisadi böhran dövründə sığorta müştərilərinin əldə saxlanılması və s. istiqamətlərdə olacaq.

Tədbirin baş sponsoru "AXA MBASK” sığorta şirkəti, sponsorları isə "AzSığorta”, "Standard İnsurance” və "Atasığorta” şirkətləridir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM