Bakıda sürüşmə və uçqunlar intensivləşdi

09:09 | 05.12.2014
Bakıda sürüşmə və uçqunlar intensivləşdi

Bakıda sürüşmə və uçqunlar intensivləşdi

Son vaxtlar yağışların yağması paytaxtın bəzi ərazilərində sürüşmə və uçqunları yenidən intensivləşdirib.

Bunun da nəticəsində əsasən Bayıl, Zığ, Masazır, Əhmədli ərazilərində bəzi yaşayış evləri və obyektlər yarasız hala düşüb. Bu cür vəziyyət əksər hallarda təbii prosseslər nəticəsində yaransa da, araşdırmalar göstərir ki, ağacların kəsilməsi, yaxud onların heç olmaması və qrunt sularının da əraziyə axıdılması, bunun baş verməsində böyük rol oynayır. Bu tipli təbii prosseslərlə məşqul olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, həmin ərazilərdə monitorinqlər keçirilir və ərazinin həssaslığı yoxlanılır.

"Hər həftə nazirlik sürüşmə zonalarında vəziyyətlə bağlı bülleten hazırlayır. Həmin bülletendə sürüşmə zonalarındakı mövcud vəziyyət rayon icra hakimiyyəti başçılarına, Fövqəladə Hallar Nazirliyi və bu sahə ilə məşğul olan digər qurumlara təqdim olunur. Amma bu cür prosseslərin baş verməsi təbii hal olduğu üçün bunun qarşısını qabaqcadan almaq qeyri mümkün olur".

Bir-birinin ardınca baş verən bu sürüşmə prosseslərinin, paytaxt ərazisində və o cümlədən respublika ərazisində olan sürüşmə sahələri ilə heç bir əlaqəsi yoxdur. Bu prossesin baş verməsi ərazidə baş verən yağıntılarla bağlı olsa da, bunun formalaşdıran amillər texnogen prosseslərdir.

Araşdırmalar göstərir ki, ölkənin qərb və aran zonasını çıxmaq şərti ilə digər ərazilərdə torpaq sürüşmələri vaxtaşırı qeydə alınır və bu sürüşmələrə 80% antropogen faktorlar səbəb olur. Çox vaxt qurumlar bu prossesin qarşısını almaqda aciz olur və sakinlərin həmin ərazidən çıxarmaqdan başqa əlacı qalmır. Amma ekspertlər dünya təcrübəsinə əsaslanaraq bildirir ki, bu problemin həlli deyil. Bu prosseslərin qarşısını almaq üçün birinci növbədə həmin ərazidə təhlükəsizlik baxımından tikinti işlərinin aparılması qadağan edilməlidir və ərazilərdə daha çox ağaclar və parklar salınmalıdır. Belə olan halda bu təbii prossesin qarşısı qismən də olsa alınar.//ANS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür