İş o yerə çatıb ki, bir yerə getmək istəyənlər, ərazinin ən hündür yerinə yığışır və avtomobillər də onları oradan götürüb lazımı ünvana aparır.
Eyni zamanda ərazidə yaşana bir qrup sakin qəsəbənin daxili yollarının vəziyyətin daha ağır olduğunu bildirdilər. Belə ki, Qamboy Vəzirov küçəsinin vəziyyət digər küçələrindən fərqlənmirdi. Sakinlərin evləri suyun altında qalmışdı. Həyətlərində yığılan suları isə sakinlər su motorlar vasitəsilə kənarlaşdırmağa çalışırdılar.
Yol kənarında olan evlərdə vəziyyət daha acınacaqlı idi. Evlər tamamilə suya qərq olmuşdu. Sakinlər baş verənləri hasarlarının üzərindən izləmək məcburiyyətində qalmışdı. Yığılan suyun evlərə daha çox daxil olmasının qarşısını almaq üçün yolu zibil qabları ilə bağlamışdılar. Çünki, ərazidən keçən avtomobillərin yaratdığı sünü dalğalar, həyətləri su ilə doldururdu. Yolu piyada keçmək məcburiyyətində qalan sakinlər isə kənardan palçıqlı ərazilərdən istifadə etmək məcburiyyətində qalmışdı. Amma bütün bunlarla yanaşı təbiətin şıltaqlığından xeyir götürünlər də tapılmışdı. O da taksı sürücüləri idi. Sakinlərdən öyrəndik ki, taksilər fürsətdən istifadə edib, camaatı bu taydan, o taya 5 manata keçirir. Bunu da onunla əsaslandırırlar ki, maşınları tez sıradan çıxır.
Taksiyə imkanı olmayanlar isə bir az səbr edib, xüsusi marşurutun gəlişini gözləyirdi. Elə biz də təəccübmüzü saxlaya bilməyib, 50 metrlik yolu keçmək üçün xidmət göstərən marşurutun gəlişini gözlədik. Çox keçməddən o da özünü göstərdi.
Nəzərinizə çatdıraq ki, stansiya Sabunçu kimi tanınan bu ərazisində gölməçələrin yaranması ilk dəfə baş vermir. Hər il yağışlı və qarlı havalardan sonra bu vəziyyət yaşanır. //anspress.com
Bizi sosial şəbəkələrdə izləyin !