Bakıda wifi zonaları yaradılacaq

15:50 | 01.12.2014
Bakıda wifi zonaları yaradılacaq

Bakıda wifi zonaları yaradılacaq

Danışıq tarifləri azala bilər.

Gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı wi-fi zonalarının yaradılmasına məsələsinə baxılır.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, gələn il paytaxtda keçirilən beynəlxalq tədbirlə əlaqədar olaraq rabitə xidmətlərinin keyfiyyətinin artırılması, münasib danışıq tariflərinin, xüsusilə də rouminq danışıq qiymətləri ilə bağlı addımlar atılacaq. E.Vəlizadə həmçinin tədbirlə bağlı tikilən idman obyektlərinin infrastruktur kanalları ilə də təmin olunacaqlarını qeyd edib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür