Bakıda yeni iş günü güclü şimal küləyi əsəcək

19:33 | 19.04.2015
Bakıda yeni iş günü güclü şimal küləyi əsəcək

Bakıda yeni iş günü güclü şimal küləyi əsəcək

Yaxın iki gün ərzində Bakıda şimal küləyi güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.bu gecə axşam cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyinin güclənəcəyi, axşam mülayimləşəcəyi gözlənilir. Aprelin 21-də də Bakıda nisbətən zəif şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-12, gündüz 15-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Aran rayonlarında gecə 8-13, gündüz 17-22 dərəcə, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

A.Verdiyev deyib ki, sabah havanın temperaturu bu günlə müqayisədə 1-3 dərəcə aşağı enəcək.
 
 
ANN.Az

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM