Bakıda zibilin içindən silah sursat tapıldı - Foto

11:08 | 22.11.2014
Bakıda zibilin içindən silah sursat tapıldı - Foto

Bakıda zibilin içindən silah sursat tapıldı - Foto

Məişət tullantıları arasından silah-sursat hissələri aşkar edilib

Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. Tapılmış əşyalar polisə təhvil verilib. 

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, qurum təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələri aşağıdakılardır:

1) 161 ədəd 7.62 çaplı təlim patronu

2) 38 ədəd 7.62 çaplı patron

3) 9 ədəd 5.45 çaplı patron

4) 2 ədəd radioötürücü

5) 1 ədəd radioötürücünün cərəyan dolama cihazı

6) 1 komplek hərbi durbin

7) 1 ədəd PDM-2 30 mm-lik mərmisi

8) 1 ədəd tüfəng qundağı

Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür