Bakıdan bu şəhərə yeni aviareys açılacaq

09:40 | 12.02.2015
Bakıdan bu şəhərə yeni aviareys açılacaq

Bakıdan bu şəhərə yeni aviareys açılacaq

Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Nemətullo Hikmətullozoda bu ölkədə fəaliyyətdə olan Azərbaycan səfiri Abbasəli Həsənovla görüş keçirib.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Tacikistan iqtisadi inkişaf və ticarət nazirliyinin mətbuat mərkəzi xəbər yayıb.

Xəbərdə bildirilir ki, görüş zamanı tərəflər əsasən Tacikistan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq barədə söhbət ediblər.

Tərəflər eləcə də sərmayələrin cəlb olunması, kənd təsərrüfatı mallarının emalı, birbaşa Düşənbə-Bakı aviareysinin bərpa edilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, görüş zamanı Ölkələrarası iqtisadi-ticari və elmi-mədəni komissiyanın növbəti iclasının keçirilməsi barədə də danışıqlar aparılıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM