"Beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq, yalnız Ermənistanın işğalçı silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh, təhlükəsizlik və sabitlik bərqərar oluna bilər. Ermənistan rəhbərliyi nəhayət bunu dərk etməlidir."
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın fikirlərinə cavab olaraq deyib.
O bildirib ki, mahiyyətsiz, boş və demaqogiya xarakterli bəyanatlar vermək əvəzinə, Ermənistan rəhbərliyi ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrləri başda olmaqla, dünya ölkələrinin rəhbərlərinin israrlı çağırış və müraciətlərinə riayət edərək tez bir zamanda sülh sazişi üzərində danışıqlara başlamalıdır.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan Münhendə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşdə Azərbaycanı beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamaqda və sülh prosesini dalana dirəməkdə günahlandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !