Tatarıstanın paytaxtı Kazan şəhərində təyyarə sərnişinlərinin baqajında qurudulmuş ot aşkar olunub. Təhlükəli məhsul hava limanının utilizasiya sobasında məhv edilib.
"Report" "Tatar-inform"a istinadən xəbər verir ki, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin Tatarıstan Respublikası üzrə İdarəsinin məlumatında bildirilir.
Məlumata görə, Azərbaycandan Kazana uçan təyyarə sərnişinlərinin əl baqajına baxış zamanı Rusiya ərazisinə gətirilməsinə qadağa qoyulan və karantin altında olan 03, kq təhlükəli qurudulmuş ot aşkar edilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !