Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açıldı

14:07 | 04.08.2014
Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açıldı

Bakıdan Nyu-Yorka birbaşa aviareyslər açıldı

Sentyabrın 24-dən etibarən Bakıdan Nyu-Yorka müntəzəm reyslərin yerinə yetirilməsinə, cari il avqustun 1-dən isə həmin istiqamətdə aviabiletlərin satışına başlanıb.“Azərbaycan Hava Yolları - AZAL” aviaşirkətindən ANN.Az-a daxil olan xəbərə görə, Nyu-York şəhərinin Kennedi hava limanına (JFK) reyslər hər həftə çərşənbə və şənbə günləri yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 06.00-da, Şimali Amerikanın ən iri şəhərində enmə isə yerli vaxtla saat 09.30-da nəzərdə tutulub.  Geri istiqamətdə uçuşlar  həftənin eyni günlərində saat 11.30-da həyata keçiriləcək, Azərbaycanın paytaxtında enmə isə növbəti gün saat 08.00-da baş tutacaq.Reyslər uzaqməsafəli istiqamətlərdə uçuşlar üçün nəzərdə tutulmuş müasir, çox rahat “Airbus-A 340” tipli hava gəmilərində yerinə yetiriləcək. Tiflis, Aktau, Tehran, Bişkək istiqamətlərində səyahətçilər üçün bu reyslər maksimal rahat olacaq – qeyd edilən bütün istiqamətlərdə rahat ikitərəfli calanma təmin edilib.Bakıda sərnişinlərə bir müddət əvvəl açılan yeni aerovağzal terminalında xidmət göstəriləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM