Bakı avtobuslarında nə vaxt Wi-Fi olacaq? - Açıqlama

13:20 | 07.10.2015
Bakı avtobuslarında nə vaxt Wi-Fi olacaq? - Açıqlama

Bakı avtobuslarında nə vaxt Wi-Fi olacaq? - Açıqlama

Yeni avtobuslarda Wi-Fi avadanlıqları qurulub və hazırda onları fasiləsiz internetlə təmin edəcək operator seçilir.

Bunu Trend-ə açıqlamasında "Baku Bus” MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

V.Kərimli bildirib ki, "Baku Bus” MMC-yə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra Wi-Fi məsələsi də öz həllini tapmış olacaq: "Baku Bus” MMC tərəfindən bütün işlər mərhələli şəkildə həyata keçirilir. Wi-Fi məsələsi son nöqtədir. Hazırda əsas məqsədimiz ictimai nəqliyyatda bizə verilmiş marşrut xətləri üzrə təkmilləşdirmə işləri aparmaqdır. Wi-Fi mobil telefon üzərindən olacaq. Şəbəkələrdə bəzən internetə qoşulmalarda kəsintilər olur. Gələckdə qoşulmada kəsinti olduqda, sərnişin "Baku Bus” MMC-dən narazı olacaq. Ona görə də biz prosesə tam hazır olduqdan sonra avtobuslarda internetlə təmin etməni tətbiq etmək istəyirik”.

Xatırladaq ki, "Baku Bus” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. "Baku Bus” MMC-yə məxsus 150 avtobus Fransa istehsalı olan "İveco” markalı avtobuslardır. Onlar Azərbaycan büdcəsinə 68 milyon ABŞ dollarına başa gəlib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM