Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

18:00 | 13.03.2017
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı tender elan edib

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC təsərrüfat mallarının açıq müsabiqə üsulu ilə satın alınmasını elan edib.

QSC-dən Trend-ə verilən məlumata görə, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üçün təsərrüfat mallarının alınması ilə bağlı 14.03.2017-ci il tarixdə elan edilmiş açıq müsabiqənin müddəti uzadılıb.

Satınlalma üzrə ilkin sənədlər 27.03.2017-ci il saat 18:00-dək, təklif zərflərinin isə 30.03.2017-ci il saat 18:00-dək "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 31 mart 2017-cı il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər. Əlaqələndirici şəxs: Hacıyeva Aytəkin Əvəz qızı, tel: (012) 498-91-84.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM