Bakı bu ölkənin müstəqilliyini tanıya bilər

18:00 | 29.01.2018
Bakı bu ölkənin müstəqilliyini tanıya bilər

Bakı bu ölkənin müstəqilliyini tanıya bilər

Azərbaycan Türkiyə və digər dövlətlərdən fərqli olaraq, Kosovanın müstəqilliyini tanımır, Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir. Ancaq məsələ burasındadır ki, Serbiya Kosovanın müstəqilliyini tanımağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb.

"Serbiya Prezidenti Aleksandr Vuçiç Davosdakı çıxışında deyib ki, Serbiya Avropa İttifaqının üzvü olması üçün bu və ya digər şəkildə Kosovanın müstəqilliyini tanımaq məcburiyyətində qala bilər. Doğrudur, bunun üçün Serbiyada referendum keçirilməlidir. Ancaq əgər Serbiya prezidenti məsələni bu şəkildə qoyursa, serblərin əksəriyyəti də onun kimi düşünə bilər. "Biz o torpaqları itirəcəyik, çünki həmin torpaqları itirmək məcburiyyətindəyik” fikrini səsləndirən Serbiya prezidenti Kosovanın müstəqilliyi ilə bağlı məsələni özü üçün artıq həll edib. Brüsselin də şərti budur”, - siyasi şərhçi bildirib.

Azərbaycanın Kosovanın müstəqilliyini tanıma ehtimalına gəlincə, siyasi şərhçi bunu mümkün sayıb:

"Kosovanın Dağlıq Qarabağla oxşarlığı yoxdur. Bizim Dağlıq Qarabağı tanımaq kimi bir fikrimiz yoxdur, erməni separatçılarından fərqli olaraq, Kosova albanları ətraf rayonları işğal etməyiblər, bölgədə etnik təmizləmə həyata keçirməyiblər. Ona görə də nə vaxtsa Belqradın ardından Bakının da Kosovanın müstəqilliyini tanımasında qəbahət görmürəm. Serbiyada keçiriləcək referendumda əksəriyyət Kosovanın müstəqlliyinə "hə” deyə bilər, Azərbaycanda Dağlıq Qarabağın statusuyla bağlı min dəfə də referendum keçirilsə, cavab həmişə "yox” olacaq. Hamı da bununla hesablaşmalıdır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM